İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


21.03.2024  15:35 

Çinlə əlaqələr gələcəkdə daha da genişlənəcək





A+  A-

Çin ilə Azərbaycan arasında əlaqələr Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri həmişə yaxşı olub və bundan sonra da bu münasibətlər yüksələn istiqamətdə inkişaf edəcək. Azərbaycan Çin ilə bütün sahələrdə əməkdaşlığın inkişafına qətiyyətlə sadiqdir.

Xəzərnews.az xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, xüsusən də Azərbaycan tərəfinin “vahid Çin” siyasətini dəstəkləməsi nəzərə alınmaqla, siyasi əlaqələr həmişə ən yaxşı səviyyədə olub.

İqtisadi əlaqələrə gəlincə, H.Hacıyevin sözlərinə görə, Çinlə əməkdaşlıq və Çin şirkətlərinin fəal iştirakı Azərbaycanın uğur hekayəsinin tərkib hissəsi olub:

“Azərbaycan “yaşıl inkişaf” və rəqəmsal transformasiyanı özünün milli prioritetlərindən biri kimi müəyyən edib. Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Orta Dəhliz əlavə əhəmiyyət kəsb edir.

Həmçinin, bir çox digər sahələrdə, o cümlədən mədəni, humanitar və beynəlxalq institutlarda əməkdaşlıqda Çin və Azərbaycanın baxışları üst-üstə düşür. Ənənəvi əlaqələrə, əməkdaşlığa və dostluğa əsaslanaraq, biz bu əməkdaşlığın davamını gözləyirik”.

Xəbər 1447 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +