Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


12.06.2017  13:44 

“İçməli su xəbərdarlığı” yayan xanımın kimliyi araşdırılacaq - Açıqlama





A+  A-

İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktını geniş şərh edən, WhatsApp sosial şəbəkəsi vasitəsilə vətəndaşlar arasında ajiotajın yaranmasına səbəb olan “canlar, necəsiz, nə var-nə yox, neynirsiz? Allah tutduğunuz orucları qəbul eləsin, İnşallah” sözlərilə başlayan mesajın sahibi sözlərinə bu cür davam edib:
“Sizə bir məlumat verim. İndi mama mənə dedi. Özü verə bilmir, çünki meqabaytı yoxdur, işdədir. Balnitsalar doludur xəstələrlə. İnfeksionnu zad, bütün hamısı Bakı, Sumqayıt çəkilişdədir. Suya nəsə qatılıb, heç biriniz çiy su içməyin. Ancaq qaynadılmış sudan istifadə eliyin. Bilinmir kanalizasiya qatılıb, yoxsa təxribatdır. Balnitsalar doludur. Nədirsə, yer yoxdur. Nasosnudan 100 nəfər ailəli, uşaqlı hamını yığıb töküblər ora. Hələ mama deyir “gəlməkdə davam eliyir, hay ver hamıya, qoy hamı bilsin”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış kütləvi zəhərlənmə içməli sudan baş verməyib.

Rəsmi açıqlamaya görə, bu hadisə ilə əlaqədar “Azərsu” ASC-yə ilk məlumat iyunun 9-da daxil olub və dərhal Cəmiyyətin mütəxəssisləri, Mərkəzi Laboratoriyanın əməkdaşları əraziyə baxış keçirib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb və insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb. Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq edib ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur. Növbəti günlərdə də “Azərsu” ASC-nin əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ilə birgə ərazidə monitorinqləri davam etdirib, müxtəlif ünvanlardan su nümunələri götürüb və müqayisəli yoxlanılması uçun hər 2 qurumun laboratoriyasına təqdim olunub.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyevin verdiyi məlumat da zəhərlənmənin sudan baş vermədiyini təqdiqləyir:

“Uşaqlarda işləmə və qusmaya ilkin səbəb mövsümlə bağlıdır”.

Bütün bunların yekununda “paylaşın hamıya ki, çiy sudan istifadə eləmiyin bir müddət” mesajını verən xanımın kimliyi sual doğurur. Məlumatın Azərbaycanın dörd bir yanında sürətlə yayılmasında maraqlı olan bu xanımın məqsədi nə idi? Mağazalarda plastik şüşələrdə satılan suların satışını təşkil etmək, yoxsa...? Hər halda onun addımı daha çox planlaşdırılmış kampaniyaya oxşayırdı. İstənilən halda isə “mesaj verən” öz məqsədinə çatdı.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev məsələ ilə bağlı deyib ki, şəxsin kimliyi araşdırılacaq:

“Onun kimliyinin müəyyənləşdirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət olunacağı təqdirdə müvafiq araşdırma aparılacaq”.
(modern.az)


Xəbər 1487 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +