Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


09.01.2024  15:30 

“Hamı düşünür ki, görəsən, devalvasiya olacaq?“





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqləyib. Qərara əsasən, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.

Xəzərnews.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, qeyri-rəsmi şəkildə belə qaydalar əvvəllər də var idi. İndi isə bu qayda rəsmləşdirildi.

Onun fikrincə, 500 dollara qədər valyutanı aldıqda sənəd soruşulmamalıdır. Mərkəzi Bank və yaxud da digər aidiyyəti qurumlar belə məsələlərə həssas yanaşmalıdır:

"Məqsəd ölkədən valyuta çıxışını, ümumiyyətlə, insanların valyutaya çıxışını məhdudlaşdırmaqdır. Amma bu, inzibati yolla olanda ajiotaj artır. Digər tərəfdən, istər investorlar, istər əhali üçün bu, pis siqnaldır. İstənilən ölkədə valyuta ilə bağlı belə məhdudiyyətlərin olması həm investorlar, həm də daxili bazar üçün gərginlik yaradır. Hamı düşünür ki, görəsən, devalvasiya olacaq?".

Xəbər 4654 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +