Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.12.2023  22:14 

Rusiyanı döyüş meydanında məğlub etmək səyləri mənasızdır -Antonov





A+  A-

ABŞ Kiyevə növbəti hərbi yardım paketi göndərməklə "son ukraynalıya qədər döyüşmək" konsepsiyasına sadiqlik nümayiş etdirir.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov öz Teleqram kanalında bildirib.

"Əminik ki, Vaşinqton bizi döyüş meydanında məğlub etmək səylərinin mənasızlığını artıq anlayıb. Bununla belə, onlar "kukla rejimini" uçuruma doğru itələyir və minlərlə sadə ukraynalını ölümə məhkum edirlər", - o vurğulayıb.

Səfir ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq yeni silah tədarükünün mövcud vəziyyəti dəyişə bilməyəcəyini deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın qələbəsini qəbul etməkdən qorxur, yalnız Ukraynanın saxta zəfərini tirajlayır:

"Ukrayna Silahlı Qüvvələrinin Qərb silahıyla törətdiyi bir terror aktı belə cavabsız qalmayacaq. NATO-nun bütün texnikası və sursatları məhv ediləcək. Amerikalıların Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün illüziya layihələrindən əl çəkməsinin vaxtı çatıb. Vaşinqton bilməlidir ki, Rusiyanı döyüş meydanında məğlub etmək səyləri mənasızdır"./axar.az

Xəbər 877 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +