Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.01.2022  15:53 

“İşsizlikdən sığorta haqqında” Qanuna dəyişiklik təsdiqləndi





A+  A-

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

XəzərNews.az xəbər verir ki, Qanunun 2.0.6-cı maddədə “hal” sözü “nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları” sözləri ilə əvəz edilib. 13.2.1-ci və 13.2.2-ci maddələrdə “işsizliyin başlanmasından” sözləri “sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilib.

Belə ki, əmək müqaviləsinin müddəti qurtardıqda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 30 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta haqqı alacaqlar.

Sığorta ödənişi almış şəxsə qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 30 ay sığorta stajı tələb olunur.

14.2-ci maddədən isə “Məşğulluq haqqında” qanun ilə müəyyən olunmuş qaydada” sözləri çıxarılıb və həmin maddədə hər iki halda “işsiz kimi qeydiyyata alınmasından” sözləri “sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilib.

Xəbər 1787 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +