Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


02.03.2020  10:35 

ABŞ-da ikinci şəxs koronavirusdan öldü





A+  A-

ABŞ-da COVID-19 virusundan ikinci ölüm faktı qeydə alınıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ölüm hadisəsi Vaşinqtonun Kirkland şəhərində baş verib.

Məlumata görə, Kirklandda “Evergreen Health” xəstəxanasına yerləşdirilən 70 yaşlı kişi fevralın 29-da vəfat edib.

Bu məqamda bildirək ki, ABŞ-da sözügedən virusdan birinci ölüm faktı da Vaşinqtonda qeydə alınmışdı. Ölən şəxs təxminən 60 yaşlı qadın olub.

Bundan əlavə, Nyu-Yorkda da koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. Eyni adlı əyalətin qubernatoru Endryu Kyomonun sözlərinə görə, qadının təxminən 30 yaşı var və hazırda ev karantinindədir.

“Çox narahat olmaq üçün bir səbəb yoxdur. Nyu- Yorkda ümumi risk aşağı olaraq qalır”, - deyə Kyomo bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da 74 nəfər virusa yoluxub.

Xəbər 2055 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +