Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.04.2017  10:11 

AXCP sədrinin köməkçisinə qarşı yeni İTTİHAM





A+  A-

Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb.
Bu barədə F. Əmirlinin vəkili Aqil Layıcov məlumat verib. O bildirib ki, F. Əmirliyə qarşı Cinayət Məcəlləsinin 213.1- ci (vergidən yayınma) və 308.2-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) ilə yeni ittiham irəli sürülüb.
Qeyd edək ki, F. Əmirli Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilirdi.

(apa.az)

Xəbər 2379 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +