Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.05.2024  18:53 

Ermənistanda növbəti etiraz aksiyası keçiriləcək





A+  A-

Bu gün Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

Bu barədə Xəzərnews.az yerli mətbuata istinadən xəbər verir.

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan saat 18:30-da “olduqca vacib mitinqin keçiriləcəyini və aksiya zamanı bir çox vacib mesajların olacağını” deyib. O, bütün erməniləri aksiyaya dəvət edib.

Qeyd edək ki, etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər. Onlar mayın 12-də də aksiya keçiriblər. Aksiya zamanı 12 nəfər saxlanılıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. /Report

Xəbər 7285 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +