Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


21.08.2021  10:12 

Yeniyetmə karateçilərimizdən 2 qızıl, 1 bürünc medal





A+  A-

Avqustun 20-də Finlandiyanın Tampere şəhərində start götürən 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı davam edir.
XəzərNews.az xəbər verir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında iki karateçimiz qızıl medal qazanıb. Belə ki, 70 kiloqramdan yuxarı çəki dərəcəsində Nihad Kərimzadə finalda Belarus təmsilçisi Andrey Basarovu məğlub edərək birinci yeri tutub. İkinci qızıl medalı millimizin aktivinə 63 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Süleymanov yazdırıb. O, həlledici mərhələdə Artem Şarubaya (Belarusiya) qalib gəlib.

Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medal qazanıb.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.

Xəbər 2380 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +