Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı


15.09.2020  12:37 

Gömrük Komitəsi sahibkarlarla bağlı iddialara cavab verdi





A+  A-

“Ötən gün bəzi kütləvi informasiya vasitələrində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində karantin qaydalarının kobud şəkildə pozulduğu və bu qaydaların pozulmasında idarə əməkdaşlarını günahlandıran yazılar dərc olunub. Eləcə də, guya avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq etməmələri üçün qeyri-rəsmi göstəriş verildiyi iddia edilən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.”
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında qeyd olunub. Bildirilib ki, qapalı məkanlarda yoluxma riskinin daha yüksək olduğu nəzərə alınaraq vətəndaşlara sosial məsafəyə riayət etməklə binanın kənarında dayanmaları, növbə ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmaları və rəsmiləşdirmə proseslərini həyata keçirilmələri tövsiyə olunur:

“Buna baxmayaraq yenə də bəzi sahibkarlar verilən tövsiyələrə əməl etməyərək məsuliyyətsiz davranırlar.

Məlum yazıda guya avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq etməmələri üçün qeyri-rəsmi göstəriş verilməsi, hətta səsgücləndiricilərlə elan edilməsi iddiası isə gülüncdür.

Tamamilə yalan və əsassız olan bu məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. İdxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslər istənilən dolayı gömrük təmsilçiliyi ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etməkdə sərbəstdirlər və bu onların hüququdur.

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını məlumat yayımlayarkən diqqətli olmağa, həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.

Xəbər 1971 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +