Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO


29.01.2020  11:38 

Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur





A+  A-

Azərbaycan Xalq artistləri fevral- may aylarında solo konsert verməyə hazırlaşırlar.
XəzərNews.az xəbər verir ki, onlar Zeynəb Xanlarova, İlqar Muradov, Röya Ayxan və Miri Yusifdir.

12 ildir ki, solo konsert verməyən Zeynəb Xanlarova 18 mart tarixində Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq. Musiqili gecəyə media və şou-biznesin diqqəti böyük olsa da, bu, bilet satışında özünü göstərmir. 20-250 manat arasında dəyişən biletlərin çox az sayda alınmasına “iTicket.az” onlayn satış platformasına daxil olaraq görmək mümkündür. Ən çox satış 20-40 AZN-lik olan yerlərədir.

Gələn ay isə Xalq artisti İlqar Muradov konsert verməyə hazırlaşır. Məşhur müğənni fevralın 16 və 17-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda çıxış etməyə hazırlaşır. O, həmkarlarından fərqli olaraq tamaşaçı tutumu çox az olan bir zalda (600 nəfərə yaxın) iki gün səhnəyə çıxacaq. Demək olar ki, ilk gün üçün biletlərin (20- 70 AZN) əksəriyyəti satılıb. İkinci gün isə göstəricilər ürəkaçan deyil. Belə ki, həmin günə cəmi 12 bilet satılıb.

Fevralın 16-sı üçün bilet satışı

Fevralın 17-si üçün bilet satışı

Xalq artisti Röya Ayxan da Bakı Konqres Mərkəzində solo konsert verəcək. Müğənni iki gün (8-9 mart) ard-arda səhnəyə çıxmaq niyyətindədir. Hələlik PR-ı yalnız sosial mediada aparılan musiqi layihəsinin bilet satışı digərlərindən fərqli olaraq ürəkaçandır. Birinci günlə ikinci arasında qiymət fərqi var. Belə ki, ilk konsertdə qiymətlər 20-150 manat arasındadırsa, 9 mart tarixinin biletləri 10-120 AZN-dir.

Martın 8-i üçün bilet satışı

Martın 9-u üçün bilet satışı

Xalq artisti Aygün Kazımovadan sonra Miri Yusif Kristal Hall-da konsert verməyə hazırlaşır. O, mayın 24-də pərəstişkarları ilə görüşmək niyyətindədir. Böyük solo konsertin PR-ı güclüdür və Bakının müxtəlif səmtlərində afişaları görmək mümkündür. Hələ konsertə üç aydan çox bir vaxtın qaldığını nəzərə alaraq bilet satışı normaldır və demək olar ki, zalın A və B sektorundakı yerlərin əksəriyyəti tutulub.

Xəbər 1502 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +