İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


25.08.2021  08:45 

“Əfqanıstandakı qarşıdurmaya müdaxilə etməyəcəyik” - Putin





A+  A-

“Əfqanıstandakı vəziyyəti diqqətlə izləyirik, ancaq silahlı qarşıdurmaya müdaxilə etməyəcəyik”.
XəzərNews.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vahid Rusiya” partiyasının qurultayında çıxışı zamanı deyib.

“Bu gün Əfqanıstanda nə qədər çətin, narahatedici bir vəziyyətin ortaya çıxdığını bilirsiniz. Vəziyyəti yaxından izləyirik.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərimizlə aktiv əlaqədəyik. Təbii ki, Əfqanıstanın daxili işlərinə qarışmayacağıq. Silahlı qüvvələrimizi “hər kəsin hər kəsə qarşı olduğu” qarşıdurmaya daxil etməyəcəyik”, - Putin bildirib.

O qeyd edib ki, terror təşkilatları qonşu ölkələrdə gərginliyi artırmaq üçün Qərb ölkələrinin geridə qoyduğu xaosdan istifadə edə bilərlər:

“Bu, Rusiya və müttəfiqlərinə qarşı birbaşa təhdiddir, narkotik nəqlinin artması və qanunsuz köç probleminin artması mənasına gəlir”.

Dövlət başçısının sözlərinə görə, Rusiya hökuməti, Xarici İşlər Nazirliyi, eləcə də, təhlükəsizlik qüvvələri ölkə və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün çalışmaları artırmalıdırlar.

Xəbər 1946 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +