İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


02.05.2021  17:39 

Robotlar ofisiantlığa başladı





A+  A-

Səudiyyə Ərəbistanında texnoloji tərəqqinin daha bir nümunəsi tətbiq edilib.
XəzərNews.az xəbər verir ki, Cəzan şəhərindəki restoranın müştərilərinə süni intellekt imkanları ilə təchiz edilmiş robot-ofisiantlar xidmət göstərir.

COVID-19 pandemiyası şəraitində sosial məsafəni də qoruyan proqram yüklənmiş robot-ofisiantlar restoranın müştərilərinə bununla bağlı, habelə qoruyucu maska taxmaq zərurəti barədə xəbərdarlıq da edirlər. Onlar sifarişləri qəbul edərək mətbəxə ötürür və yeməklərin hazır olacağı vaxtı çatdırır.

Sistemin yaradıcısı olan mühəndis Riham Ömər bildirib ki, bütün bu əməliyyatları yerinə yetirmək məqsədilə restoranın interyerində quraşdırılan sensorlar robotlara doğru istiqamətdə hərəkət etmək və yeməkləri müştəriyə çatdırmaq imkanı verir. Onun sözlərinə görə, ötürülən siqnallar sayəsində robot-ofisiantlar yaxınlıqdakı insanları hiss edir və uyğun hərəkət marşrutunu müəyyən edirlər. Eyni zamanda, robotların yaddaşına restoranın interyerinin xəritəsi və hər bir masanın yeri də köçürülüb. Müştəri sifarişi qəbul etdikdən sonra robot-ofisianta getməsi komandasını verir.

Xəbər 1757 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +