“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


10.10.2018  17:05 

Qarabağ cəbhəsində gərginlik azalıb – ABŞ rəsmisi





A+  A-

"Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşməsi çox müsbət siqnaldır".
XəzərNews.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu görüşdən sonra təmas xəttində gərginlik azalıb.

"Biz də daima tərəfləri buna çağırırıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edir"- deyə o bildirib.

ABŞ rəsmisi söyləyib ki, həftədən sonra Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər, səfər zamanı onlar növbəti dəfə tərəfləri gərginliyi azaltmağa çağıracaqlar.

Xatırladaq ki, bu il sentyabrın 28-də Düşənbədə keçirilmiş MDB sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Xəbər 2014 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +