Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


03.03.2022  20:10 

Danışıqlar başladı - Foto





A+  A-

“Rusiya və Ukrayna arasında danışıqların başqa yerə və ertəsi günə təxirə salınması ilə bağlı məlumat həqiqətə uyğun deyil”.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, danışıqlar Belarusun Brest vilayətində keçiriləcək: “Görüş saat 15:00-da (Bakı vaxtı ilə 16:00) başlaya bilər”.

Xatırladaq ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Qomel şəhərində danışıqlar aparıblar.

Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.

Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.

***

Ukrayna nümayəndə heyəti helikopterlə danışıqlar keçirilən əraziyə yola düşüb.

***

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqların ikinci mərhələsinin keçiriləcəyi yerə gəlib.

Ukraynanın danışıqlar qrupunun üzvü David Arakhamia feysbukda verdiyi açıqlamada Kiyevin prioritetinin digər məsələlərə keçməzdən əvvəl humanitar dəhlizlərin yaradılması olacağını bildirib.

***

Ukrayna-Rusiya müzakirələri başlayıb. Bu barədə Podolyak Tvitter hesabında paylaşım edib.

O, danışıqların əsas mövzularını da açıqlayıb:

"1. Dərhal atəşkəs,

2. Atəşkəs,

3. Mülki şəxslərin dağıdılan və ya mütəmadi olaraq bombalanan şəhər/kəndlərdən təxliyəsi üçün haimanitar dəhlizlər".

Xəbər 1703 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +