Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


01.04.2025  15:36 

Şaradan Türk dünyasına xəyanət – Əsədin tarixi səhvini təkrarladı





A+  A-

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara yeni kabinetin tərkibini elan edib. Keçid hökumətində XİN başçısı Əsəd Həsən əş-Şeybani və müdafiə naziri Murhaf Əbu Qəsr öz vəzifələrini qoruyublar. Baş Kəşfiyyat Xidmətinin rəhbəri postunu tutan Ənəs Həsən Xəttab isə daxili işlər naziri təyin edilib.

Şara Qəsr əş-Şaab sarayında çıxışında yeni tərkibi “dəyişiklik hökuməti” adlandırıb.

Əslində “dəyişiklik hökuməti” ifadəsi olduqca diqqət çəkir. Bu ifadə 22 nəfərlik kabinetin tərkibindəki 4 şəxslə bağlıdır.

1. "Kürd" əsilli təhsil naziri Əbdülrəhman Turko
2. "Ələvi" nəqliyyat naziri Yarub Badr
3. "Druzi" kənd təsərrüfatı naziri Amjad Badr
4. "Xristian və LGBT" fəalı sosial işlər naziri Hind Kabavat


Göründüyü kimi, Şaranın yeni kabinetinin tərkibində xristian, ələvi, kürd, druzi, hətta qadın LGBT fəalına belə yer verilib. Lakin bununla belə, Suriyanın əsas aparıcı etnik azlığı olan türkmənlərə yer verilməyib.

Əbdülrəhman Turkonun soyadındakı “Turko” yanlış təəssürat yaratmasın, o, kürddür. Ya da Türkiyədə təhsil alan XİN başçısı Əsəd Həsən əş-Şeybani də türkmən deyil.

Əhməd əş-Şara açıq şəkildə türkmənlər haqsızlıq etdi və bu, bir daha Suriyada türkmənlərə münasibəti göstərir. Halbuki Şaraya vətəndaş müharibəsinin gedişində ən böyük dəstəyi məhz türkmənlər vermişdi. Kürdlər, druzilər, ələvilər isə son ana qədər mübarizə apardı. Onu da deyim ki, hazırda nisbi sakitlik olsa da, kürd, druzi və ələvilərin perspektivdə Suriyanın başına bəla olması qaçılmazdır.

Nəticə etibarilə Əhməd əş-Şaranın hökumət kabietində türkmən nümayəndəyə yer verməməsi “dəyişiklik hökuməti” adlandırdığı hökumətin heç də dəyişmədiyini göstərir.

Əsəd dövründə olduğu kimi, Suriya türkmənləri yenə ayrı-seçkiliyə məruz qalır. Təcrübə göstərir ki, türkmənlərə etnik ayrı-seçkilik edən Bəşər Əsəd sonda vətəndaş müharibəsinin həlledici faktoru olan Suriya türkmənləri tərəfindən devrildi. Əhməd əş-Şara da Suriya türkmənlərinə üz çevirərək, gələcəyi üçün riskli bir addım atır.

Turan Rzayev
Politoloq


Xəbər 1621 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +