AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


27.02.2025  14:15 

Pulları Nurlana Əliyevaya vermişəm - Məhkəmə





A+  A-

Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilmiş şöbə müdiri Dürdanə Əliyevanın kassasiya şikayətinə baxılıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə D.Əliyeva barəsində son qərarını açıqlayıb.

Məhkəmə xanım müttəhimin cinayətinə münasibətdə çıxarılmış əvvəlki qərarı qanunauyğun hesab edib. Bu əsasla hər hansı güzəşt tətbiq edilməyib.

Yekun qərarla Dürdanə Əliyeva haqda 6 il həbs cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, D.Əliyeva BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu vaxtlarda mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirməkdə ittiham edilib. Amma o, tələbələrdən aldığı pulları rektor Nurlana Əliyevaya verdiyini deyib. Rektor məhkəmədəki ifadəsində ittihamı təkzib edib.

Xəbər 743 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +