Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


12.03.2025  17:00 

“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?





A+  A-

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şahbuz rayonu Badamlı qəsəbəsində fəaliyyət göstərən “Badamlı Quşçuluq” MMC-də həyata keçirilən plandankənar yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Agentlikdən bildirilib ki, kəsim zamanı proseslərin həyata keçirilməsi üçün müvafiq bölmələrin təşkil olunmadığı, alət və avadanlıqların, döşəmənin korroziyaya davamlı materialdan hazılanmadığı, kanalizasiya sisteminin təşkil olunmadığı, temperaturun monitorinqinin aparılmadığı müəyyənləşib.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilərək, nöqsanlar aradan qaldırılanadək müvafiq məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.





Xəbər 1918 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +