Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi


09.05.2021  15:43 

Göyçayda dayısı 18 yaşlı qızı qətlə yetirdi - Anası komaya düşdü





A+  A-

Göyçayda 18 yaşlı qız qətlə yetirilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Göyçay rayonu Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı dayısı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən boğularaq qətlə yetirilib.

Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.

Qeyd edək ki, dayı bacısı qızını namus üstdə öldürüb. Fatimə Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı, bu səbəbdən qətl hadisəsinin törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2031 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +