Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi


11.12.2019  15:30 

Məleykə Əsədova bədənini estetik etdirib?





A+  A-

Xalq artisti Məleykə Əsədovanın plastik əməliyyat etdirməsi barədə məlumat yayılıb. İddia olunur ki, məşhur aktrisa bir həftə əvvəl liposaksiya (piysovurma) üsulu ilə bədənini şəkilləndirib, ombasını böyütdürüb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” mövzu barədə Məleykə Əsədova ilə əlaqə saxlayıb. Teatr aktrisası qeyd edib ki, məlumat həqiqəti əks etdirmir: “Belə bir şey olmayıb! 1993-cü ildə burnumdan əməliyyat olunmuşdum. Buna baxmayaraq, nəfəsalma problemi var idi. Eyni zamanda, görünüşünə də daxildən düzəliş olub. Sırf bunun üçün xəstəxanaya müraciət etmişəm. Mən başqa bir əməliyyat etdirməmişəm.

Utanmırlar? Bu nə cür məqalələrdir? Məni hər zaman bu cür bədəndə görüblər. Bir il qabaq da bədənim eyni quruluşda olub. Siz o şəkillərə baxın, bir il əvvələ nəzər salın. O bir yana, instaqram səhifəmdə tamaşamdan şəkillər paylaşmışam. Hamısında da eyniyəm.

İllər ərzində təkcə çəkimdə bir qədər dəyişiklik olub. Lakin burundan başqa heç bir estetik etdirməmişəm. Çünki buna ehtiyac yoxdur. Bu əməliyyatı etdirmək üçün mən bildiyim qədərilə xeyli pul lazımdır. İndi isə arıqlamışam. Məndə bu qədər piy var? Həm də eşidiyimə görə, belə əməliyyatdan sonra insan 1-2 ay otura bilməz. Mən isə hər yerə gedirəm. Kaş ki, sənətimdən bu cür xəbərlər hazırlayardılar. İmicimə, statusuma uyğun məlumatlar deyil!”.

Həmçinin, sənətçinin plastik cərrahı Dilqəm Məhərrəmov da məlumatı yalanlayıb. O, açıqlamasında Xalq artistinin təkcə burun əməliyyatı etdirdiyini vurğulayıb: "Biz sadəcə burun ucunu şəkilləndirmişik. Daha gözəl və cəlbedici etmişik. Məşhurlar haqqında hər zaman belə şeylər yazırlar".

Xəbər 1611 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +