Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi


09.12.2019  20:24 

“Bu, cəmiyyətin dövlətçilik fəaliyyətimə verdiyi dəyərdi“ — Baş redaktor





A+  A-

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Demokrat.az-ın sualını cavablandırıb.
XəzərNews.az onun qarşıdan gələn parlament seçkilərində iştirak etmək istəyi barədə fikirlərini oxuculara təqdim edir:

- Çox fəal siyasi fəaliyyətiniz, seçkilər zamanı xarici təşkilatların misiyalarının mənfi rəylərinə reaksiyalarınız və mühacirlərin hakimiyyətə qarşı söyüşlərinə verdiyiniz cavablar ictimai rəydə belə təəssürat yaradır ki, qarşıdan gələn parlament seçkilərində sizin adınızın da YAP-ın siyahısına salınacağı güman olunur. Növbəti parlament seçkilərində iştirak etmək şanslarınızı necə dəyərləndirirsiniz?

- Bəli, verdiyiniz sual doğrudur, mən ölkəmizə qarşı ədalətsiz mövqeyə, ikili standartlara qarşı həmişə sərt və açıq münasibət bildirmişəm. Bu 2005, 2008, 2013, 2018-ci ilərdə seçkilərdə müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyalarının qərzli bəyanatları ərəfəsində bir daha təsdiqləndi və bundan sonra da ölkəmizə qarşı hər hansı şantaj, qarayaxma olarsa ondan daha sərt mövqe bildirəcəyəm.

Eyni zamanda xaricdən dövlətimizə və iqtidara qarşı təşkil olunan təhqir kampaniyasına qarşı da qəti mövqeyimi ortaya qoymuşam. Baxmayaraq ki, bu mövqeyimlə əks tərəfin mənə qarşı mənəvi terroruna məruz qalmışam. Amma bu təzyiq və hücumlar məni öz mübarizəmdən, əqidəmdən döndərməyim.

YAP-ın Təşviq Qrupunun üzvü kimi də 2005-ci ildən bütün seçkilərdə kəndlərdə, rayonlarda, şəhərlərdə çoxsaylı görüşlər keçirmişəm və YAP- ın namizədərinin təşviqatını aparmışam. Əgər ictimai rəydə məni kimsə Milli Məclisin deputatı kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir. Çünki, bu cəmiyyətin dövlətçilik fəaliyyətimə verdiyi dəyərdi.

Konkret Parlament seçkilərində namizədliyimə gəldikdə isə mən YAP-ın üzvüyəm və bu məsələ də YAP-ın qərarından asılıdır.

Xəbər 1802 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +