Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi


08.02.2025  13:24 

Azərbaycanda ət yeyənlər çoxalıb - NAZİRLİK





A+  A-

Son dövrlərdə ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bunun əsas səbəbi ət istifadəsinin çox olmasıdır:

"Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir. İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 850,2 min baş qoyun və keçi, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 223,1 min baş inək və camış mövcud olub.

2025-ci il yanvarın 1-i vəziyyətinə donuzların sayı 3 103 baş olub.

Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 milyon 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 milyon 60,6 min baş olub) özünü göstərir.

Azalma eyni zamanda donuzların da sayında baş verib (ötən il 4 828 baş olub).

Qeyd edək ki, son vaxtlar Azərbaycanda ət bahalaşmağa davam edir. Hazırda mal ətinin qiyməti 15-16 manata satılır, qoyun ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.

Xəbər 1778 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +