Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


15.02.2023  11:49 

Elə bilirdiniz o torbalar sizə havayı verilirdi?





A+  A-

Elə bilirdiniz ki, marketlərdəki politilen torbalar bu günə qədər Sizə havayı verilirdi?

Xeyr, elə şey yoxdur. Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür.

Maya dəyərinə nələrin daxil olduğuna baxın: Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və SATIŞINA SƏRF EDİLƏN DİGƏR MƏSRƏFLƏR daxildir.

Torbanın xərci də böyük hərflərlə yazdığım sonuncu hissədə gizlənirdi. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin.

Əlqərəz, bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə politilen torba alır. Xeyr, elə şey yoxdur. Sadəlövh olmayın. Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil.

Eldəniz Əmirov
İqtisadçı


Xəbər 1350 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +