Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


14.02.2023  13:00 

Suraxanıda 60 nəfər saxlanıldı... - Narkotik əməliyyatı





A+  A-

Suraxanı rayonunda bu ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb.

XəzərNews.az DİN-nin Mətbuat xidmətinə istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 8 nəfər – Bəhruz Cabbarov, Ehtibar Əhədov, Qadir Dadaşov, Mikayıl Süleymanov, Feyzulla Əliyev, Bəxtiyar Məlikov, Ramin Quliyev və Fuad Qafarov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 13 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Ümimilikdə isə Suraxanı rayonunun inzibati ərazisində ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Suraxanı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.



Xəbər 1282 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +