Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


11.01.2018  23:54 

Bakıda mənzillərin qiyməti bahalaşıb





A+  A-

2017-ci ilin dekabr ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında qiymətlər aşağı düşüb. Belə ki, il ərzində qiymətlərdə 3.54 faiz azalma müşahidə olunub.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin artdığını qeyd edib. Onun sözlərinə görə, ilkin mənzil bazarında ay ərzində 0.27 faiz artım, il ərzində isə 7.75 faiz azalma olub.

N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.

Xəbər 1805 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +