İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


07.08.2017  12:58 

276 milyon manatdan çox sığorta haqqı toplanıb





A+  A-

2017-ci ilin yanvar-iyun ayı ərzində sığorta şirkətləri tərəfindən 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından XəzərNews.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 124 milyon 410 min manat təşkil edib.

Cari ilin ilk yarısı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib.

Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 666 min manat artaraq 193 milyon 802 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 23 milyon 427 min artaraq 98 milyon 573 min manata yüksəlib.


Xəbər 1738 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +