Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


01.06.2023  12:17 

Bayram Səfərovun qızı məktəbdəki kompleksi və dayanacağı icarəyə verib?





A+  A-

Yeni Yasamal qəsəbəsinin Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanovanın şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verdiyi iddia olunur.

XəzərNews.az xəbər verir ki, bu barədə “Qaynarinfo”da məlumat dərc olunub.

İddiaya əsasən, futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərən idman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir.

Həmçinin məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacağın da parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verildiyi iddia edilir.

Qeyd olunur ki, məktəb direktoru buna görə hətta sözügedən dayanacağa nəzarətçi də təyin edib.

Qarabağ Regional Təhsil İdarəsinin mətbuat katibi Aynurə Məlikova Yeniavaz.com-a bildirib ki, iddialar araşdırılır.

Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır.



Xəbər 1416 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +