Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


27.02.2025  17:52 

Rus pasportlu ukraynalı hakim vəzifəsindən azad edildi





A+  A-

Fevralın 27-də Ali Ədliyyə Şurası Arina Litvinovanı Kiyev Rayon İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edib.

XəzərNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Yüksək Ədliyyə Şurası qeyd edib ki, bu qərar “hakim statusu ilə bir araya sığmayan və ya tutduğu vəzifəyə uyğun olmadığını üzə çıxaran mühüm intizam xətasının törədilməsi, kobud və ya sistemli şəkildə vəzifələrinə laqeyd yanaşması ilə əlaqədar” Ali Ədliyyə Şurasının İkinci İntizam Palatasının təqdimatı əsasında qəbul edilib.

2024-cü ilin aprelində “Azadlıq” radiosunun “Sxemlər” layihəsi Litvinovanın Rusiya pasportunun olduğunu aşkar edib. Müstəntiqlərin fikrincə, o, 2002-ci ildə Rusiyanın Yekaterinburq şəhərində alıb, baxmayaraq ki, o vaxta qədər o, artıq üç il Ukrayna Ali Arbitraj Məhkəməsində işləyib.

Xəbər 1307 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +