Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


23.09.2020  11:21 

Lukaşenko Polşadan ölkəyə mal idxalını qadağan etdi





A+  A-

Belarus gömrükçüləri Polşadan gələn bütün malların ölkəyə buraxılmasını dayandırıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, gömrük xidməti hansı hüquqi akt əsasında fəaliyyət göstərdiyini izah etmir, sadəcə baqajda axtarış aparır və içində Polşa malları olanların girişinə qadağa qoyur.

“Qadağan olunmuş əşyalar” arasında qəhvə paketləri, şokolad barları, tualet kağızının olduğu bildirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko bu cür tədbirlərlə “Belarusluları Polşa supermarketlərindən qoparmağa çalışır” deyə qəzet yazır.

Bundan əlavə, güman edilir ki, Polşa mallarının idxalına qoyulan qadağa respublikanın getdikcə azalmaqda olan valyuta ehtiyatlarını xilas etmək və Lukaşenkonun Polşa və Litva sərhədlərini bağlamaqla bağlı açıqlamasının boş sözlər olmadığını nümayiş etdirmək məqsədi daşıyır.

Xəbər 2055 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +