İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


29.12.2023  15:39 

Direktor marketdən saqqız oğurladığı üçün saxlanılıb





A+  A-

"Hernmort Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru marketdən saqqız oğurladığı üçün saxlanılıb.

Hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən supermarketdə baş verib.

Belə ki, şirkət direktoru marketdən 420 manat dəyərində "Dirol" markalı saqqızı oğurlayıb.

27 dekabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılan şirkət direktorunun törətdiyi hadisəyə görə cinayət işinin başlanması rədd edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs, 1974-cü ildə Şirvan şəhərində anadan olmuş MMC direktoru inzibati xətanın törədilməsində təqsirli bilinib və Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, ona 200 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilib. O, məhkəmə zalından azad edilib.

İXM-nin 28.3-1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək vəzifəsi qoyulub./Qaynarinfo

Xəbər 1196 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +