İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


12.05.2023  12:09 

Kollec tələbələrinə əsgərlikdən möhlət hüququ verilsin - Təklif





A+  A-

Milli Məclisdə kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsi təklif olunub.

XəzərNews.az xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib.

“Hazırda Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınır. Amma kollec tələbələrinə möhlət verilmir. Təklif edirəm ki, bu şans kollec tələbələrinə də tanınsın. Bu məsələyə ən azı növbəti illərdə baxaq”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda kolleclərə qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyi bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, eləcə də digər aidiyyəti qurumlara müraciət ünvanlayıb. Elm və təhsil nazirinin müavini İdris İsayev bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, söhbət tam möhlət hüququnun verilməsindən getmir.

"Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm", - nazir müavini vurğulayıb.

Xəbər 1108 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +