İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


11.06.2018  15:19 

Bakıda “Kids Studio“ bağçasında uşaq zorakılığı baş verir - FOTOLAR - VİDEO





A+  A-

Apardığımız araşdırmalar zamanı uşaqların döyülməsini özündə əks etdirən bağçanı müəyyənləşdirə bildik. Bu barədə bağçada övladı olan valideynlərdən biri də bizə yardımçı oldu.
Valideyn bildirdi ki, uşaqların döyüldüyü bağça Yasamal rayonunda yerləşən "Kids Studio"dur, müəllimənin adı isə Firuzə Tağıyevadır.



Məsələ ilə əlaqədar sözügedən bağça ilə əlaqə saxladıq. XəzərNews.az bildirir ki, özünü bağçanın rəhbəri kimi təqdim edən, adının isə Nigar olduğunu söyləyən xanım FaktXəbər-ə açıqlamasında olayı təsdiqləsə də, görüntülərdə hər hansı bir döyülmədən söhbət getmədiyini söylədi: "Biz bir müddət öncə resepşında oturan xanımı işdən çıxarmışıq. O da qisasçılıq zəminində bu görüntüləri paylaşıb. Orada hər hansı bir döyülmədən söhbət getmir. Sadəcə olaraq müəllimə uşağın əlindən tutub silkələyir."



Qeyd edək ki, kadrlardakı görüntülər konkret uşaq zorakılığıdır və bağça rəhbərinin, "əlindən tutub silkələyib" sözünün heç bir əsası yoxdur. Müəllimə əvvəl uşağı sərt şəkildə silkələyir, daha sonra isə divara vurur. Digər görüntülərdə isə uşaqlara qarşı yenidən qəddarlıqlar var.

***

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü yayılıb.

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara dözülməz zülm yaşadırlar.



Əldə etdiyimiz məlumata görə, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Biz həmin özəl bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün bu barədə informasiya vermirik.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir. (azxeber.com)


Xəbər 4855 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +