Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


04.06.2024  15:14 

Güney azərbaycanlılar Türkiyə və Azərbaycan diasporundan niyə kənar qalıb?





A+  A-

“Güney azərbaycanlıların Türkiyə və Azərbaycan diasporasından kənar qalmasının səbəbləridən biri də təbliğat məsələsidir. Əslində onların sayı Azərbaycan vətəndaşlarından kifayət qədər çoxdur”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Turan Rzayev deyib. O, Güney Azərbaycandakı soydaşlarımızın saylarının daha çox olduğunu bildirib:

“Onlar İrandakı represiyalardan, ordakı assimilyasiya siyasətindən xaricə qaçıb məskunlaşıblar. Bir çoxlarının siyasi kimliyi, bir çoxlarının da mədəni fəaliyyəti var. Bu kimi şəxslərin Azərbaycan diasporuna cəlb edilib, onlarla əməkdaşlıq edilməsində daha çox biz maraqlı olmalıyıq. Yəni bu şəxslər bir çoxu problemlər səbəbindən İranı tərk edən insanlardır. Əslində biz bu kimi şəxslərə dəstək verməli, diaspora fəaliyyətində yaxından iştiraklarına çalışmalıyıq. Yəni bu gün onlar Türkiyə və Azərbaycan diasporundan kənarda qalırsa, bunun günahını onlardan daha çox özümüzdə axtarmalıyıq. Çünki diasporanın fəaliyyəti maksimum ətrafda çox insanı toplamaq və daha çox ziyalı, intelektual şəxslərin olmasıdır. Hansı ki, bu şəxslər yaşadıqları ölkələrdə nüfuz qazanır, işləyir, digər insanlarla əlaqədə olurlar”.

Turan Rzayev hesab edir ki, əslində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu şəxslərin bizə faydası çox ola bilər:

“Etiraf etmək lazımdır ki, Güney azərbaycanlı soydaşlarımızla təmaslarımız bu günə qədər uğurlu olmayıb. Yuxarıda qeyd etdiyim kimi, burada bir çox faktorlar var. Təbii ki, İran-Azərbaycan münasibətlərini də bura daxil edə bilərik. Amma nə olursa-olsun biz cənab Prezidentin çıxışlarının birində qeyd etdiyi bu fikikri unutmamalıyq: “Biz sərhədlərimiz xaricində yaşayan soydaşlarımızn taleyinə biganə qala bilmərik”. Bu ifadə kifayət qədər aydın və açıqdır. Yəni dövlət olaraq biz istər Güney azərbaycalı soydaşlarımızla, istərsə də ölkə xaricində yaşayan vətəndaşlarımızın taleyinə biganə qalmırıqsa, bu istiqamətdə müvafiq qurumlar, başda diaspor komitəsi olmaqla əlini daşın altına salmalı və bütün resursları bu şəxslərə xərcləməklə onları proseslərə cəlb etməlidir”.

Politoloq çox təəssüflə bəzi ölkələrdə diaspor rəhbərləri və nümayəndəliklərin daha çox şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğunu vurğulayıb:

“Bu qəbul ediləsi bir durum deyil. Bu bizim ölkə maraqlarına ziddir və ən önəmlisi də cənab Prezidentin yürütdüyü siyasətə problem yaradır. Hesab edirəm ki, bu kimi məsələlərdə diaspor fəaliyyətini gücləndirməli və prioritet olaraq Güney azərbaycanlı soydaşlarımızı diaspor fəaliyyətinə cəlb etməliyik. Bunun bir çox yolları var. Nəzərə almaq lazımdır ki, bu həm də dövlətin ali maraqlarına xidmət edəcək işdir. Buna görə də maarifləndirmə işləri və siyasi təbliğat aparılmalıdır”.

Xəbər 12300 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +