Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.07.2017  15:34 

Yol polisindən sürücülərə müraciət





A+  A-

DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Respublika ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
XəzərNews.az xəbər verir ki, BDYPİ-dən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, respublikanın avtomobil yollarında yay mövsümündə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qeydə alınmış qəzaların bir çoxu məhz günorta saatlarına təsadüf edir.

"Bunun da əsas səbəblərindən biri sürücülərin isti hava şəraitinin təsiri nəticəsində nəqliyyat vasitəsini idarə edərkən ətrafda cərəyan edən hadisələrə reaksiyalarının azalması, bəzi hallarda isə sükan arxasında yuxuya getmələridir. Qeyd olunanları, eləcə də iyul ayının 23-dək ölkə ərazisində havaların isti keçəcəyi, hətta bəzi yerlərdə temperaturun 40 dərəcəyə yüksələcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələrindən, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərdən mümkün qədər az istifadə etsinlər, uzaq məsafəli səfərlərə çıxmasınlar.

Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti olduğu halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur", - deyə müraciət deyilir.



Xəbər 1378 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +