Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


09.10.2017  19:25 

Yol polisi parkomatın yanından maşınları apardı - Bakıda qanunsuzluq+VİDEO





A+  A-

Dövlət Yol Polisi İdarəsinin Bakıda Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı parkomatların yanından 10-dan çox avtomobil qanunsuz olaraq cərimə meydançasına aparılıb. Sürücülər bildirir ki, müvafiq dövlət qurumun icazəsi ilə qoyulmuş parkomatların yanında maşınlarını saxlayıb dayanacaq pulunu ödəsələr də, evakuatorlar maşınlarını cərimə meydançasına aparıb. Onlara isə bildirilib ki, parkomat qanunsuz qoyulub.

Bakı şəhər İcra Hakimiyyətinin hadisə yerində olan əməkdaşları da bildirib ki, maşınları cərimə meydançasına aparan şəxslər qanunsuzluq ediblər: “Bizim burada parkomatlarımız var. Maşın saxlamaq qanunidir. Lakin maşınları aparanlar iddia edir ki, parkomat qanunsuz qoyulub. Gülməli vəziyyət yaranıb”.

Qeyd edək ki, maşınları qanunsuz şəkildə cərimə meydançasına aparan evakuatorun dövlət nömrə nişanı 90 JM 008-dir.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, hardasa parkomat qoyulubsa, o demək deyil, orada maşın saxlamaq olar: “Ola bilsin ki, parkomat düzgün qoyulmayıb. Mən indi bu məsələdən xəbərsizəm”.

YPX rəsmisinin sözlərinə görə, cərimə meydançasından ona bildiriblər ki, həmin ərazidən yalnız piyada keçidin üzərində olan avtomobillər götürülüb. (Videodan görünür ki, bu, belə deyil).

Vaqif Əsədov qeyd edib ki, həmin sürücülər cərimə meydançasına yaxınlaşıb, avtomobillərinin niyə aparılmasını öyrənə bilərlər: “Həmin sürücülər cərimə meydançasına yaxınlaşsın. Onlara maşınları şəkillərini göstərəcəklər və niyə aparılmasını izah edəcəklər”.


Xəbər 3346 dəfə oxunub.





01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +