“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.11.2024  18:18 

“Nar” abunəçilərinə “İnternet Kredit” xidmətini təqdim edir





A+  A-

Sərfəli mobil operator “Nar” abunəçilərinə balanslarında yetərli məbləğ olmadığı zaman “İnternet Kredit” xidməti vasitəsilə internet paketləri sifariş vermək imkanı yaradıb. Abunəçilər *771#200#YES şifrəsini yığmaqla 200 MB və *771#800#YES şifrəsini yığmaqla 800 MB həcmində data kredit götürə bilər

Sifariş olunan 200 MB data kredit üçün 0.68 AZN, 800 MB data kredit üçün isə 1.88 AZN məbləğ hesablanır. Bu məbləğlər data paketi, xidmət haqqı və sorğu xərclərinin tam dəyərini özündə ehtiva edir və paketlərin ümumi dəyəri abunəçi balansını artırdığı zaman çıxılır.

Qeyd edək ki, birdən çox data kredit götürmək də mümkündür – bu zaman ümumi kredit məbləği abunəçinin mövcud limitinə əsasən dəyişir. “Nar” nömrəsinin mövcud data kredit borcunu *771#150#YES şifrəsi ilə nəzarətdə saxlamaq mümkündür.

“İnternet Kredit” xidmətindən istifadə etməzdən öncə *771#7#YES şifrəsini yığaraq nömrənizin kredit götürmək üçün uyğunluğunu yoxlayın. Həmçinin, nar.az/Narkredit səhifəsindən xidmət haqqında bütün məlumatı əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




Xəbər 5418 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +