200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.10.2024  12:52 

Mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq olacaq





A+  A-

Gələcəkdə e-tebib mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq.

Xəzərnews.az xəbər verir ki, bunu "Rəqəmsal Tibbi Həllər" MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin müdiri Vüqar Ramazanov deyib.
O qeyd edib ki, mobil tətbiqdə görüntü və səs göndərilməsi funksiyasının olması planlaşdırılır.

Şöbə müdiri həmçinin əlavə edib ki, hazırda çağırış briqadalarının iş prosesini tam şəkildə avtomatlaşdıracaq elektron sistemin test versiyanın pilot rejimdə tətbiq edilməsi nəzərdə tutulub:

"Bu sistemin daşınabilən cihazlar-planşetlər, mobil telefonlar üzərindən istifadə edilir.

Eyni zamanda103 Çağrı Mərkəzi ilə briqada arasındakı kommunikasiya bu sistem üzərindən həyata keçiriləcək.

Sistemin digər bir üstünlüyü ambulans sürücülərinin işini rahatlaşdırmaqdan ibarətdir. Artıq onlar xəstənin olduğu məkan barəsində məlumatı avtomatik koordinatlara əsasən əldə edərək onlara təqdim edilən yol idarəetmə interfeysinin dəstəyi ilə ən tez zamanda xəsətənin olduğu məkana çata bilərlər".

V.Ramazanov bu çərçivədə digər yeniliklər haqqında da məlumat verib:

"Yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı da imkanların yaradılması var. Müvafiq yeniik vasitəsilə ehtiyac yaranan hallarda briqada həkimləri 7/24 onlayn rejimdə çalışacaq ixtisaslı həkimlərə sistem üzərindən müraciət edə bilərlər. Biz əminik ki, bu yenilik olduqca effektiv nəticələr verəcək”.



Xəbər 6094 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +