200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.10.2024  13:01 

Şirvan-Salyan iqtisadi rayonu adlı dərs vəsaiti çap olunub -Foto





A+  A-

Pedaqogika üzrə fəlsəfə doktoru Zoya Abdullayeva və coğrafiya üzrə fəlsəfə doktoru Famil Niftiyevin birgə müəllifliyi ilə Şirvan-Salyan iqtisadi rayonu (iqtisadi və coğrafi inkişafın müasir xüsusiyyətləri) adlı dərs vəsaiti çap olunub.

Xəzərnews.az xəbər verir ki, dərs vəsaitində Azərbaycanın yeni yaranan iqtisadi rayonlarından biri olan Şirvan-Salyan iqtisadi rayonunun fiziki və iqtisadi coğrafi xüsusiyyətləri, ekoloji vəziyyəti, əhalinin demoqrafik göstəriciləri, təsərrüfatın ərazi təşkili və geniş şəkildə sosial infrastruktur sahələrin inkişafını özündə əks etdirir.

İlk dəfə olaraq Şirvan-Salyan iqtisadi rayonunda Dövlət Proqramlarına uyğun olaraq aparılan quruculuq işləri geniş şəkildə təhlil olunmuşdur. Burada regionun təbii şəraitinə, təbii ehtiyatlarına uyğun olaraq davamlı inkişafın təmin edilməsi məqsədi ilə aparılan tədbirlərin əsas istiqamətləri öz əksini tapmışdır.

Dərs vəsaitindən coğrafiya və iqtisadiyyat fakültəsinin tələbələri, magistrantları, müəllimlər, regionla əlaqəli tədqiqat aparan tədqiqatçılar yararlana bilər.





Fateh
Xəzərnews.az


Xəbər 5652 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +