Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib


29.07.2019  15:06 

“Kəndlərdə hər 5-ci körpə nikahsız doğulur”





A+  A-

2017-ci ildə kənd yerlərində hər 5-ci uşaq, şəhər yerlərində isə hər 8-ci uşaq rəsmi nikah olmadan doğulub.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) 2008-2017-ci illərdə ölkənin şəhər və kənd yerlərində rəsmi nikahsız doğulan uşaqların payının dəyişməsi ilə bağlı yayımladığı infoqrafikada yer alıb.

Nəticələrə nəzər yetirdiyimiz zaman görürük ki, 2008-2017-ci illərdə kənd yerlərində rəsmi nikah olmadan doğulan uşaqların payı 11,7%-dən 19,6%-ə artıb, şəhər yerlərində isə 12,5%-dən 11,8%-ə azalıb.

Belə ki, son 10 illik göstəricilərə əsasən şəhər yerlərində rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% azaldığı halda kənd yerlərində bu rəqəm 59,5% yüksəlib.

Ekpert Samir Əliyev məsələylə bağlı manasibətində bildirib ki, ötən əsrin 70-ci, 80-ci, 90-cı illərində rəsmi nikah olmadan doğulan uşaqların payı 3-4%-dən çox deyildi:

“Yəni hər doğulan 100 körpənin 3-4-ü nikahsız idi. İndi bu rəqəm 15-16%-ə yüksəlib. Kənd yerlərində hətta vəziyyət daha qəlizdir. Görəsən səbəb nədir? Sovet dövrü insanlarımız qanuna çox əməl edirdilər yoxsa o vaxt statistika daha çox saxtalaşdırılırdı? Bəlkə sovet vaxtı molla kəbininə az önəm verilirdi? Bəlkə şəhərdə təhsil daha güclüdür və ya ASAN xidməti var? Hər bir halda suallar çoxdur. Reallıq odur ki, kənd yerlərində hər 5-ci körpə nikahsız doğulur.

Vəziyyətin bu həddə gəlib çatmasına çox təəssüf edirəm. Bunun, məncə, bircə yolu var - yüksək təhsil. Əks halda cəmiyyət olaraq uzun müddət bu tip halların ağır fəsadlarını yaşayacağıq”.

Xəbər 2358 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +