İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


20.02.2017  16:35 

“Küçədən taxta yığıb, odun sobası yandırırıq” - Bakıda şok vəziyyət





A+  A-

Hər il payız və qış aylarında əhali mavi yanacaqla bağlı problemlər yaşayır. Qaz ya kəsilir, ya da təzyiq o qədər zəif olur ki, heç istifadə etmək olmur. Mövcud sahəyə cavabdeh olan dövlət qurumu "Azəriqaz” İstehsalat Birliyi isə adəti üzrə qazın verilməsində heç bir problemin olmadığını deyir. Lakin problemlər olduğu kimi hələ də qalır.
XəzərNews.az bildirir ki, Yeniçağ.az-ın redaksiyasına Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 4, ev 2-də yaşayan Sadıxovlar ailəsi qazın təzyiqinin aşağı olması ilə bağlı şikayət edib. Mehriban Sadıxova bildirib ki, analoji vəziyyət bir həftədən çoxdur ki davam edir:

"Qoca valideynlərim var, ikisi də yataq xəstəsidir. Biz pul ödəyirik ki, qazımız gəlsin, evlərimizi isidək. Lakin hər il olduğu kimi bu il də eyni problemlə üz-üzə qalırıq. "Azəriqaz”ın 104 və 185 qaynar xətlərinə zəng edirik, amma telefonlara cavab verən yoxdur. Yəqin şikayətlər çox olduğundan telefonun dəstəyini kənara qoyurlar. Təsəvvür edin, Bakının mərkəzində yaşadığımız halda soyuqdan donmamaq üçün odun sobası yandırıram. Gedib küçələrdən taxta-odun toplamışam. Artıq belə də olmaz? Erməni kilsələrinə pulsuz qaz verə bilirlər, amma bizi burada soyuqdan qırırlar. Halbuki, ətrafımızda 4 çörəkbişirmə sexi fəaliyyət göstərir və onların heç birində qaz problemi yoxdur”.

Məsələ ilə bağlı SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəlayev deyib ki, qazın təzyiqinin aşağı olması ilə bağlı şikayətçilər ancaq 104 və 185 saylı qaynar xəttə müraciət etməlidirlər:

"Onlar gəlib, yerindəcə məsələni araşdıracaqlar. Bundan artıq heç nə deyə bilmərəm”.

Xəbər 3298 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +