İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


15.12.2024  22:22 

İki il əvvəl yanmış məktəbin təhvil verilməsi tələb edilir -Video





A+  A-

Sabunçu rayonu, Zakir Bəhmənov adına 68 nömrəli orta məktəbin şagirdləri və onların valideynləri çətin vəziyyətlə üzləşiblər

Xəzərnews.az xəbər verir ki, həmin məktəb iki il əvvəl yanıb.

Valideynlər bildirirlər ki, məktəb yandıqdan sonra şagirdlər digər təhsil müəssisələrinə yerləşdiriliblər. Ancaq həmin məktəblər uzaqda yerləşir. Uşaqlarının məktəbə getməsi üçün bəzi valideynlər nəqliyyat vasitəsi sifariş edirlər, amma valideynlərin bəzilərinin buna imkanı çatmır.

Onların sözlərinə görə, yanmış məktəbdə təmir işləri ləng gedir. 2022-ci ildən bu yana məktəbin ancaq fundamenti tökülüb.

Qeyd olunub ki, dəfərlərlə məktəbin 1 aya, 5 aya tikilib təhvil veriləcəyi deyilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Xəzər Xəbər"ə bildirilib ki, 68 nömrəli tam orta məktəbin binasının sökülərək yenidən tikintisi və əsaslı təmiri həyata keçirilir. Layihədə baş verən dəyişikliklə əlaqədar prosesdə qısamüddətli fasilə yaranıb.

Məktəbdə aparılan əsaslı tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması planlaşdırılır.

Hazırda ibtidai siniflər 215 nömrəli tam orta məktəbdə, V-XI siniflər isə 90 nömrəli tam orta məktəbdə II növbədə təhsillərini davam etdirirlər.

Daha ətraflı videoda:



Xəbər 3824 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +