İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


09.12.2024  16:15 

“Vialon”un rəhbəri deyir ki, dilinizi boğazınızdan çıxararam - ŞİKAYƏT+VİDEO





A+  A-

Bakının Nəsimi rayonunda, "Kubinka" deyilən ərazidə sakinlərlə “Vialon” MMC-nin rəhbərliyi arasında gərginlik davam edir. Bu dəfə mübahisənin predmeti Balababa Məcidov küçəsi, 66 ünvanında yerləşən evdir. "Vialon" MMC ərazidə bir çox evləri söksə də, Törəxanım Əzimova dəyərindən az pul təklif olunduğu üçün evini satmaqdan imtina edib. Lakin şirkət nümayəndələri evin alındığını iddia edirlər

Xəzərnews.az xəbər verir ki, Törəxanımın Əzimova Bakupost.az-a bu barədə bildirib ki, “Vialon” MMC-nin nümayəndəsi Ramil Quliyev, evin ailənin digər üzvü, Törəxanımın həyat yoldaşı Hacıağa Əzimov tərəfindən satıldığını iddia edir. Lakin Törəxanım Əzimova və qızı bu iddiaya etiraz edərək məhkəməyə müraciət ediblər.

Məhkəmə onların xeyrinə qərar çıxarıb. Qərara əsasən, evin onların razılığı olmadan satılması və söküləməsi qanunsuzdur. Törəxanım Əzimova məhkəmənin bu qərarındna sonra ciddi təzyiqlərə məruz qaldığını deyir:

""Vialon" MMC bizi mənzildən çıxarmaq üçün qonşu evəri sökməyə başlayıb. Bu zaman mənim evim də ziyan görüb. Çıxıb etiraz etdim, mənim üstümə qışqırdılar ki, içəri gir. Qızım dərhal polisə zəng etdi, amma heç kim gəlmədi. Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik, onlardan da cavab ala bilmədik".

Onun sözlərinə görə, evin qaz xətti və telefon şəbəkəsi zədələnib, çanaq antenası isə oğurlanıb:



“Evimizin qabağına daş, söküntü qalıqları töküb yolumuzu bağlayırlar. Deyirik ki, heç olmasa, gəlib yığışdırın, evimizə girə bilək. Mənim hazırda evimə giriş yoxdur. Bizi təhqir edib deyirlər ki, təmizləmirik, gedin nə edirsiz, edin".

Sakinlərin sözlərinə görə, Ramil Quliyev onların ünvaına hədə və təhqirlər yağdırmaqdan belə çəkinmir:

“Ramil Quliyev bizə deyir ki, dilinizi dartıb boğazınızdan çıxardaram".

Hadisəylə bağlı “Vialon” MMC-nin nümayəndəsi Ramil Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.



Məsələylə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan ünvanda söküntü işləri ilə bağlı sakinlərin polisə müraciəti daxil olub. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, mətbuatda yayılan xəbərlər görə, “Vialon” MMC-nın rəhbərinin sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımov olduğu bildirilir.

Xəbər 4387 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +