İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


26.02.2024  11:44 

Yasamalın ağaclar kəsildi... - Ticarət mərkəzi tikiləcək





A+  A-

Xəbər verdiyimiz kimi, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsi 45a ünvanında yaşıllıqlar məhv edilərək, yerində köşklər qoyulur, yeni tikililər salınır.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, dünən gecə isə növbəti hədəf 4b ünvanı olub. Həmin ünvanla üzbə-üz küçədə piyada səkisinin yaxınlığında hündür ağac kəsilib.

İnsanların diqqətini başqa yerə çəkmək üçün həmin ağacın qırıntılarını sözügedən əraziyə yığaraq, kol-kos görüntüsü yaradıblar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda araşdırma aparılır. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən zənglərimizə cavab verən olmayıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən ərazidə iri ticarət mərkəzinin tikintisi məqsədilə yaşıllıqlar məhv edilib. Ərazidə illər əvvəl 10-dan artıq ağac var idisə, hazırda 1 ağac qalıb. Bu isə ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olub.

Qeyd edək ki, bir neçə ay əvvəl Yeni Yasamalda 77 nömrəli avtobus dayanacağının yanında, daha doğrusu Əsəd Əhmədov 45a ünvanında yaşılıqlar məhv edilərək, yerində bir mərtəbəli obyekt tikilib. Məsələ ilə bağlı müvafiq qurumlar hələ də tədbir görməyib.

Xəbər 8190 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +