Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


30.07.2025  12:23 

Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış





A+  A-

“Kontakt Home” mağazalar şəbəkəsinin baş kredit mütəxəssisi məsuliyyətə cəlb edilib. O, işlədiyi şirkətə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunub. Həmin şəxsin öz qohumlarının adına kredit rəsmiləşdirdiyi, sonra da həmin kreditləri ödəmədiyi məlum olub.

XəzərNews.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Emin Quliyev 2017-ci ildən “Kontakt Home” mağazalar şəbəkəsində çalışıb.

Məlumata görə, Quliyev şirkətin “Kontakt Home 7”, “Sahil” filialında çalışan zaman bu cinayət əməlini törədib.

İstintaqla müəyyən edilib ki, Emin Quliyev öz ailə üzvlərinin və tanışı Həmid Əliyevin adına müxtəlif məhsulların kreditlə satılmasına nail olub. O, kreditə götürülən məhsulları sataraq borclarını ödəyib. Sonra isə bir müddət kreditləri vaxtında ödəsə də, gecikmələr yaranıb.

İttihama görə, Emin Quliyev MMC-yə 170 min manat məbləğində ziyan vurub.

Quliyev ifadəsində deyib ki, özünü qismən təqsirli bilir.

Onun sözlərinə görə, müxtəlif məhsulları həm özünün, həm də ailəsinin adına götürüb:

“Əvvəllər ödəniş cədvəlinə uyğun olaraq aybaay ödənişləri edirdim. Sonradan borc yığıldı. Kredit borclarım çox idi. Şirkətdən götürdüyüm məhsulları satıb borcumu ödəyirdim. Mən sayılıb-seçilən işçilərdən olmuşam. 125 işçidən 5 nəfər baş kredit mütəxəssisi var idi. Biri də mən idim. Digər kredit mütəxəssisi kredit vermədiyi halda, baş kredit mütəxəssisi həmin şəxsə kredit verə bilirdi. Çünki öz subyektiv səlahiyyətlərim var. Bu hadisələr olmasaydı, mağaza müdirinin müavini vəzifəsinə təyin olunacaqdım. Mənim niyyətim kredit vermək olub. Nə qədər çox kredit versəm, maaşım bir o qədər çox olurdu. İşlədiyim dövrdə 8 milyon manata yaxın kreditə məhsul vermişəm. Heç birində də problem olmayıb”.

Emin Quliyev bu işdə adı keçən Həmid Əliyevlə bağlı hissəni belə izah edib:

“Mən öz ailə üzvlərimin adına götürülən kreditlərə cavabdehəm. Ayrı-ayrı şəxslər gəlib rəsmi qaydada kreditə məhsul götürüblər. Sonra aparıb Həmid Əliyevə satıblar. Krediti isə Həmid Əliyev ödəməli idi. Həmid bəy mağazanın ən yaxşı müştərilərindən biri olub. Ödənişlərini vaxtı-vaxtında ödəyib. Həmid bəyin həyat yoldaşı da yaxşı müştəri olub. Həmid bəylə müştərilərin alqı-satqısında iştirak etməmişəm. Onlardan pul almamışam. Ailə üzvlərimdən başqa kreditə məhsul verdiyim müştərilərin heç birində kənarlaşma olmayıb, müştərilər hamısı özləri gəlib, iştirak ediblər və özləri imza çəkiblər”.

İfadəsinin davamında E. Quliyev bildirib ki, 162 min manat məbləğində kreditə məhsul verib. O, öz üzərinə düşən 98 min 600 manat öhdəliyi ödədiyini bildirib. Qalan məbləğ isə Həmid Əliyevin öhdəliyindədir və aylıq qrafik üzrə ödəyir.

Emin Quliyev ifadəsinin sonunda deyib ki, şirkətə ödənilməyən 38 min manatın 23 min manatı Həmid Əliyev və onun xanımının adına olan kreditlərdir.

Məhkəmənin hökmü ilə Emin Quliyev şərti cəza alıb.Musavat.com

Xəbər 343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +