Ramiz Mehdiyevə daha bir zərbə... - Məhkəmədən
Nərmin İsmayılova vəzifəsindən azad edilib
Narkotik satışı ilə məşğul olanlar tutuldu
Prezident Mehdi Sənayini qəbul edib
Tofiq Yaqublu aclıq aksiyasına başlayır
Ermənistan İranın 32-ci quberniyasına çevrilib - Politoloq
Ermənilər atəşkəsi pozub
Adil Əliyevin məhkəməyə verdiyi qazini polis saxlayıb
Bakıda piyadanı maşın vurub
Deyəcəksiniz ki, yox, bu hara, o hara?


01.07.2020  09:43 

Bəhram Bağırzadə EKMO cihazından ayrılıb





A+  A-

“Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi ki, EKMO cihazına bağlı olaraq davam etdirilirdi. EKMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində EKMO cihazından ayırma qərarı verilib".
XəzərNews.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, hazırda süni tənəffüs aparatı vasitəsilə öz ağciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır:

"Eləcə də ağciyərlərin rentgen görüntülərində son bir həftə içində müşahidə edilən müsbətə doğru dəyişikliklər bizi sevindirməktədir. Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakterial superinfeksiyalar nəzarətə alındıqdan sonra, qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarına öz ağciyərləri vasitəsilə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərində bu günə qədər izlənilən müsbət dinamika davam edərsə komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər. İntensiv müalicəsi davam edən xəstəyə tibbi nöqtəyi-nəzərdən ehtiyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksionist, pulmunoloq və digər aidiyyatı ekspertlərin rəyləri ümidvericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur kimi sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcək”.

Xəbər 1591 dəfə oxunub.




01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +