Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


19.03.2019  14:43 

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!





A+  A-

“Nar” Novruz Bayramı ilə əlaqədar xüsusi kampaniyaya start verib. “Novruz Payı” adı ilə keçirilən kampaniyada mobil operatorun istifadəçiləri heç bir ödəniş etmədən əzizinə 100 şəbəkədaxili danışıq dəqiqəsi və ya 100 ölkədaxili SMS hədiyyə göndərə bilər.
XəzərNews.az xəbər verir ki, kampaniya ərzində 1 nömrə sonsuz sayda hədiyyə qəbul edə bilər. Lakin 1 nömrə ancaq 1 dəfə hədiyyə göndərə bilər. Verilən bonuslar istifadəçi hədiyyəni aldığı günün sonuna qədər aktiv olacaq. Qeyd edək ki, kampaniya martın 19-da başlayır, martın 21-də isə başa çatacaq.

100 dəqiqə hədiyyə göndərmək üçün dostunun nömrəsini 780-ə göndərmək və ya *780#nömrə#YES yığmaq yetərlidir. 100 SMS hədiyyə göndərmək üçün isə istənilən “Nar” abunəçisinin nömrəsini 760-a göndərmək və ya *760#nömrə#YES yığmaq lazımdır.

“Nar”-ın “Novruz payı” kampaniyası haqqında daha ərtaflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Xəbər 1364 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +