Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


17.10.2021  22:01 

“Nəinki məktəb direktorları, hətta bağça müdirləri də YAP-çıdır“





A+  A-

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin birlikdə Şuşaya səfər etməsi maraqlı müzakirələrə səbəb oldu. Heyətdə aparıcı müxalifət partiyalarının sədrlərinin təmsil olunması birmənalı qarşılanmadı. Çoxları bunu tərəflər arsında münasibətlərin yumşalması kimi qiymətləndirdi.

XezerNews xəbər verir ki, Ağ Partiyanın sədri Tural Abbaslı Yenisabah.az-a açıqlamasında siyasi mühitdə müsbət dəyişikliklərin baş verdiyini deyib:

“Dialoq mühiti başlayandan sonra prosesdə yalnız müxalifət partiyaları yox, Azərbaycanda qeydiyyatda olan bütün partiyalar iştirak etdi. O gündən bu yana siyasi anlamda bir çox yumşalmalar baş verib. Bunu sadə vətəndaşlar görməyə bilər. Amma siyasətlə məşğul olan şəxlər bu prosesi daha yaxşı bilir.

Bu artıq ikinci səfər idi. Ağdama da birlikdə səfər etmişdik. Orada istər iqtidar partiyası, istər müxalifət, istərsə də iqtidar yönümlülər var idi. Normal mühit idi. Təbii ki, bunların hamısını biz dialoq mühitinin tərkib hissəsi hesab edirik. Çox səmimi, normal münasibətlər idi. Həm partiyalararası inteqrasiyanın artırılması, həm də şəxsi münasibətlərin formalaşması üçün belə səfərlər önəmlidir. Azərbaycanda problemli məsələ odur ki, siyasi məsələlər şəxsi düşmənçilik zəmininə endirilmişdi. Və siyasi rəqabət, düşmənçilik yönümünə çevirilmişdi. Bu səfərlərin, ünsiyyətlərin dşünürəm ki, faydası çoxdur”.

Partiya sədrinin sözlərinə görə, hakimiyyətdə müxalifətin təmsilçiliyi önəmlidir:

“Hakimiyyətdə təcrübəsi olan çalışmalıdır. Müxalifət dövlət idarəçiliyində iştirak edə bilər. Müxalifət təcrübə toplamalıdır. Nə vaxtsa hakimiyyət dəyişə, indiki iqtidar müxalifət ola bilər. Əgər müxalifətin dövlət idarəçiliyində təcrübəsi yoxdursa, ölkəni idarə edə bilməyəcək. Bu aspektdən müxalifətin təmsilçiliyi önəmlidir, vacibdir. Bunu iqtidar düşünsə yaxşı olar. Hansı ki, indi nəinki məktəb direktorları, hətta bağça müdirləri də YAP-çıdır. Belə olmamalıdır. Bu doğru deyil. Bu cür inkişf olmaz”.

T.Abbaslı qeyd edib ki, mövcud problenmlərin həlli mükəmməl idarəçilikdən keçir:

“Bütün sahələrdə nöqsanlar var. Lakin cəhdlər də var. Amma bir çox nazirliklərdə problemlər var. Davamız hansısa nazirliyin bizə verilməsi deyil. Bizim davamız iqtidarla müxalifətin birgə fəaliyyəti nəticəsində xalqın güzəranını, yaşayışını yaxşılaşdırmaq, dövləti inkişaf etdirməkdir. Elə ola bilər ki, bizim də kadırımız olmasın. İllah burada təmsil olunmalıyıq, azarımız yoxdur. Söhbət mükəmməl idarəçilikdən gedir”.



Xəbər 1968 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +