Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


10.05.2021  16:10 

Azərbaycan səfirliyindən Fransa hökumətinə çağırış





A+  A-

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın itkin düşmüş mülki azərbaycanlıların taleyi ilə bağlı məlumat, eləcə də azad olunmuş ərazilərimizdə mina və digər partlayıcı maddələrin xəritəsini verməməsi ilə bağlı açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, kommünikedə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş azərbaycanlı mülki şəxslər haqqında məlumat verilir, azad olunmuş ərazilərimizdə erməni silahlı qüvvələri tərəfindən yerləşdirilmiş mina və digər partlayıcı maddələrin xəritəsinin verilməsinə yardım göstərməsi üçün Fransaya çağırış edilir.

1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi müharibə və insanlığa qarşı cinayətlərdən, xüsusilə Başlıbel qırğınından söz açılan kommünikedə bildirilib ki, gələcəkdə belə dəhşətli hadisələrin təkrarlanmaması üçün mülki əhaliyə qarşı törədilən bütün cinayətlərin müəllifləri ədalət məhkəməsi qarşısına çıxarılmalı və məsuliyyətə cəlb olunmalıdır.

Vurğulanıb ki, son hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbçilərinin cəsədlərinin axtarışı üçün Azərbaycan tərəfindən hər cür şəraitin yaradılmasına baxmayaraq, Ermənistanın itkin düşənlər barədə məlumat verməyi rədd etməsi anlaşılmazdır. İndiki məqamda Azərbaycanın Silahlı Qüvvələrinin hərbçiləri həyatlarını təhlükəyə ataraq, itkin düşmüş erməni əsgərlərinin yaxınları ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin axtarışını asanlaşdırmaqda davam edirlər. Ancaq Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min mülki azərbaycanlı haqqında məlumat verməkdən imtina edir.

“Azərbaycan tərəfi Fransa tərəfini azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər haqqında həqiqətlərin aşkarlanmasına, eləcə də Ermənistanın 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirməsinə, həmçinin qaçqınların geri dönməsini ləngidən, sülh üçün təhlükə yaradan və yeni qurbanlara səbəb ola biləcək minalanmış ərazilərin xəritələrini təqdim etməsinə yardım göstərməyə çağırır. Son 27 ildə kifayət qədər qurbanlar olub”, - deyə kommünikedə bildirilib.

Xəbər 2689 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +