Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


21.02.2022  09:53 

Dəhşətli qətli törədən saxlanıldı





A+  A-

Bakıda ana və 2 azyaşlı övladını qətlə yetirən şəxs tutulub.

XəzərNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik Ehsan Zahidov Bakupost.az -a bildirib ki, həmin hadisədən dərhal sonra cinayəti törədən şəxsin müəyyən edilib istintaqa təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilib:

“Həyata keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev az öncə saxlanılıb. İlkin məlumata görə, qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb”.

Qeyd edək ki, fevralın 20-i günorta saatlarında paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bıçaqlanaraq qətlə yetirilib.


Xəbər 1713 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +