Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


27.11.2017  15:34 

İrandan Azərbaycana narkotik keçirənlər yaxalandılar





A+  A-

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətiril­məsinin qarşısı alınıb.
DSX- dan XəzərNews.az-a verilən məlumata görə, noyabr ayının 24-də Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib.
Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalanıb.
İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucularının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər 1518 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +